Tovuzun futbol Premyer Liqasındakı təmsilçisi cərimələnib.
Gencexeber.az Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, bu gün İntizam Komitəsinin iclası baş tutub. Burada "Turan Tovuz" - “Zirə” matçına baxış keçirilib.
Oyunda yaşananlara görə tovuzlular cəzalandırılıblar. Belə ki, “Turan Tovuz” azarkeşləri sözügedən görüşdə meydana kənar əşyalar atıblar. Bu səbəbdən qərblilərin klubu 800 manat ödəməli olacaq.