Gəncədə işləyən həkimlər ən çox xidmət göstərən tibb işçiləri siyahısına düşüblər. Bu haqda 10 mart tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən məlumat veririk.
Fevral ayı ərzində icbari tibbi sığorta ilə ən çox tibbi xidmət göstərən 10 həkim-kardioloq və mama-ginekoloqun adları açıqlanıb. Onların arasında Nizami yurdunun həkimləri də yer alıblar.
Belə ki, mama-ginekoloq Nərgiz Əhmədova 885 xidmət, 522 pasiyent qəbul edərək ölkə üzrə 9-cu, kardioloq Müşaidə Qasımova isə 2038 xidmət və 469 pasiyent göstəriciləri ilə 4-cü yerdədirlər.