Gəncədə növbəti müsabiqə keçiriləcək. Bu haqda 25 avqust tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
Torpaq sahələrinin müsabiqəsi 28 sentyabr saat 15:00-da baş tutacaq. Burada 406 kvadratmetr sahəlik ərazi satılır. Əmlakın ilkin satış qiyməti 2680 manatdır. Torpaq sahəsi fərdi yaşayış evi üçün nəzərdə tutulub.
Qeyd edək ki, ərizələr 28 avqust - 26 sentyabr tarixlərində qəbul olunur. Müsabiqə Heydər Əliyev meydanında yerləşən ƏMDX-nin Gəncə ərazi şöbəsində keçiriləcək. Əlaqə üçün (022) 256 87 57 nömrəsi qeyd olunub.