Əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib. Bu haqda 21 yanvar tarixində Azxəbər.com-a istinadən xəbər veririk.
Aktrisanın həmkarı Ülviyyə Əliyeva açıqlamasında bildirib ki, Toppuş bacının temperaturu çox aşağı olduğu üçün onu xəstəxanaya yerləşdiriblər:
"Tünzalə ötən gün təcili olaraq xəstəxanaya aparılıb. Bacısı ilə danışdım. Mən işdən çıxanda gec idi deyə xəstəxanaya gedə bilmədim. Daha sonra bacısı temperaturunun 34 dərəcəyə düşdüyünü dedi. Biraz əvvəl də əlaqə saxladım. İndi vəziyyəti ortadır".
Xatırladaq ki, Tünzalə Əliyeva uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.