Gəncədə tikinti ilə bağlı iclas keçirilib. Bu haqda 21 iyun tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra başçısı Niyazi Bayramov tərəfindən şəhərdə norma və qaydalara riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə komissiya yaradılıb. İH-nin inzibati binasında iclas keçirilib. Burada gündəlikdə duran bir sıra məsələlər və komissiyanın tərkibində yaradılan işçi qrupunun fəaliyyəti ətrafında geniş müzakirələr aparılıb.
Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində aparılan qeyri-qanuni tikinti işlərinin müəyyənləşdirilməsi, onların qarşısının alınması məqsədilə qanunamüvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.