Gəncədə ticarət mərkəzinin bir hissəsi sökülür. Bu haqda Gencexeber.az-a 25 sentyabr tarixində məlumat daxil olub.
Bir neçə gün öncə Mərkəzi Univermağın birinci mərtəbəsinin çökməsi barədə məlumat vermişdik. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunmuşdu. Buradakı vətəndaşlar binadan təxliyə edilmişdi.
Hal-hazırda ticarət mərkəzinin binasında sökülmə işləri aparılır. Binanın sonradan tikilən hissələri ləğv olunur.