12.5 C
Gence
10.5 C
Ganja

Mərkəzi Univermağın birinci mərtəbəsi çöküb

Gəncədə ticarət mərkəzi çöküb. Bu haqda Gencexeber.az-a 21 sentyabr tarixində məlumat daxil olub.

Hadisə Mərkəzi Univermaqda qeydə alınıb. Tikilinin birinci mərtəbəsi çöküb. Bildirilir ki, əraziyə təcili tibbi yardım briqadası və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

İlkin məlumata əsasən, Nizami prospektində hərəkət məhdudlaşdırılıb.

Xəsarət alanların olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan