Misirdə dövlət televiziya kanalları və radiostansiyalarına falçı, astroloq dəvət etmək qadağası qoyulub.
Gencexeber.az xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə Misirin Milli Yayım Təşkilatı məlumat yayıb.
Qeyd edilib ki, media cəhalətlə mübarizə aparmalı, elmi tərənnüm etməlidir, falçılar və astroloqlar isə belə faydalı fəaliyyətlə məşğul deyillər.