“Tegeta Motors Baku” şirkəti tərəfindən Gəncədə təlim keçirilib. Bu haqda 17 iyun tarixində “Tegeta Motors Baku”ya istinadən məlumat verilir.
Mühərrik yağları ilə bağlı təşkil olunan təlimdə Belçikadan “Champion” nümayəndələri Johan Van Hove və Dimitar Dimitrov iştirak ediblər.
Görüşdə “Champion” mühərrik yağlarının texniki xüsusiyyətləri, istifadə məqsədləri və avtomobillərdə mühərrik yağlarının düzgün şəkildə necə istifadə edilməsi haqqında ətraflı məlumat verildi.
Təlimin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.