Tanışını bıçaqlayan şəxsin məhkəməsi bitdi. Bu haqda bu gün, 10 avqust tarixində Gencexeber.az Oxu.az-a istinadən məlumat verir.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Zaman Quliyevə(ad, soyad şərtidir) şərti cəza verilib.
Ötən ilin sentyabr ayında Z.Quliyev şəhərin H. Əliyev prospektində yerləşən “Solo” mağazasının qarşısında Məmməd adlı şəxsi bıçaqlayaraq yaralamışdır. Zərərçəkmiş Zamanı ünvanına nalayiq ifadələr işlətdiyi üçün söhbət etməyə çağırıbmış.