“Kəpəz” xarici klublardan futbolçusu ilə bağlı təkliflər alır. Bu haqda 15 iyun tarixində İdman xəbər-ə istinadən məlumat veririk.
Söhbət Abdullahi Şuaybudan gedir. İtaliyanın klublarından biri nigeriyalı futbolçunun mümkün transferi ilə bağlı Gəncə təmsilçisinə 100 min dollar ödəməyə hazır olduğunu bildirib.
Lakin “Kəpəz” rəhbərliyi təkliflə razı olmadığını qeyd edib. Buna səbəb digər klubun futbolçu üçün 150 min dollar təklif etməsidir. Bildirilir ki, hazırda “sarı-göylər” təklifləri dəyərləndirir.