Gəncədə açılış mərasimi keçirilib. Bu haqda 3 iyun tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Şəhərimizdə “Xəmsə” Taekvondo Klubu açılıb. Tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Abuzər Zeynalov, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbi PHŞ-nin direktoru, məşqçilər və idmançılar iştirak ediblər.
Qonaqlar ölkə başçısının idman sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib, Gəncə Taekvando Klubunun Gəncə idmanına böyük təkan verəcəyini vurğulayıb və idmançılara uğurlar arzulayıblar.
Daha sonra idmançıların nümunəvi çıxışları baş tutub. Sonda xatirə şəkli çəkdirilib.