Gəncə sakini qəza nəticəsində dünyasını dəyişib. Bu haqda 16 iyun tarixində Apa.az-a istinadən məlumat veririk.
Yol-nəqliyyat hadisəsi Şirvan-Hacıqabul magistralında baş verib. "VAZ 21015” markalı avtomobillə Hacıqabul sürücülük məktəbinin təlim avtomobili toqquşub və “VAZ”-nin sürücüsü Vüqar Osmanov yerindəcə dünyasını dəyişib.
Digər sürücü, 72 yaşlı Zakir Hüseynov Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
