İsveç səfiri Gəncədə səfərdədir. Bu haqda 13 iyun tarixində Report-a istinadən məlumat veririk.
İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson Nizami yurduna gəlib. O, Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş ərazilərə baş çəkib. Diplomat həlak olan şəhər sakinlərinin xatirəsini anıb.
Səfir şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə və xatirə lövhələri önünə tər qərənfillər düzüb, ehtiramını bildirib. Tobias Lorentzsona Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu cinayətlə bağlı məlumatlar verilib.