Gəncə təmsilçisinin növbəti rəqibi açıqlanıb. Bu haqda 1 may tarixində Sumqayıt FK-ya istinadən məlumat veririk.
Matç Misli Premyer Liqasının XXXIII turu çərçivəsində baş tutacaq. “Kəpəz” ev oyununda “Sumqayıt”la qarşılaşacaq. Rəqiblər Tovuz Şəhər Stadionunda mübarizə aparacaqlar.
Oyun 4 may tarixində saat 16:30-da başlayacaq. Matç canlı olaraq CBC Sport telekanalında yayımlanacaq.