top
Stul, stəkan, xalça, ədyal – Gəncədə kişi qonşusunun evini qarət etdi
23 iyun 2026, 13:38
- ↺ +

Stul, stəkan, xalça, ədyal – Gəncədə kişi qonşusunun evini qarət etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə qonşusunun evindən geyimlər və müxtəlif məişət əşyaları oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. 

İş materiallarına əsasən, təqsirləndirilən Vahid sərxoş vəziyyətdə tamah niyyəti ilə zərərçəkmişə məxsus mənzilə gecə saatlarında pəncərədən daxil olub. O, evdən ümumi dəyəri 1520 manat olan qadın və kişi ayaqqabıları, qadın gödəkçəsi, xalçalar, ədyal, iki ədəd divan yastıqları, elektrikli üzqırxan, saç feni, büllur stəkan və bir ədəd stul oğurlayıb. 

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, mənzildən stul, divan yastıqları, saç feni, çaydan, elektrikli üzqırxan, xalçalar, ədyal, büllur qablar və bir cüt kişi ayaqqabısı götürüb. Lakin ittiham aktında göstərilən qadın gödəkçəsini, iki cüt qadın ayaqqabısını və digər iki cüt kişi ayaqqabısını oğurlamadığını iddia edib.

Təqsirləndirilən şəxs oğurladığı əşyaları öz mənzilində saxladığını, hadisəni tək törətdiyini və bu barədə heç kimin məlumatının olmadığını qeyd edib. O, əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş Cavidan isə ifadəsində bildirib ki, həyat yoldaşı ilə birlikdə bir neçə gün müddətində Bakı şəhərində təhsil alan övladlarının yanına gedib. Evə qayıtdıqda mənzilin pəncərəsinin zorla açıldığını görərək oğurluq hadisəsinin baş verdiyini anlayıb.

Onun sözlərinə görə, evdə apardığı yoxlama zamanı çoxsaylı əşyaların oğurlandığı məlum olub. Bundan sonra o, Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib.

Zərərçəkmiş şəxs məhkəmədə bildirib ki, oğurlanmış əşyaların bir hissəsi geri qaytarılsa da, qadın gödəkçəsi, iki cüt qadın ayaqqabısı və iki cüt kişi ayaqqabısı tapılmayıb. Bu səbəbdən ona vurulmuş maddi ziyanın tam ödənilmədiyini qeyd edən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını və onun ciddi şəkildə cəzalandırılmasını istəyib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Vahid Cinayət Məcəlləsinin yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, adlar şərti verilib. 

Əsmər Sənani

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Oxşar xəbərlər