Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 8 iyun tarixində FHN-ə istinadən məlumat veririk.
Hadisə şəhərin Qurtuluş küçəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sosial Xidmət Müəssisəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb ediliblər.
Üçmərtəbəli binanın sonuncu mərtəbəsində baş vermiş alovun geniş əraziyə yayılmasına imkan verilmədən, yanğın qısa müddətdə söndürülüb. Yanğın zamanı bir otaqda yataq dəsti və plastikdən olan qapı yanıb.
Hadisə vaxtı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.