top
Sevdiyinə qovuşmaq üçün QIZIN ATASINI BIÇAQLADI
23 aprel 2025, 16:35
- ↺ +

Sevdiyinə qovuşmaq üçün QIZIN ATASINI BIÇAQLADI

 

Goranboyda oğlan sevdiyi qızın atasını bıçaqlayıb.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Cavid (ad şərtidir) 2000-ci ildə Goranboy rayonunda anadan olub. Ötən il dekabrın 14-ü Cavid həmkəndlisi Aygünün (ad şərtidir) qardaşına zəng edərək bacısını sevdiyini və ailə qurmaq fikrinin olduğunu deyib. Aygünün qardaşı ilə razılığa gəldikdən sonra qızın atası Elxan (ad şərtidir) ona zəng edib. Aygünün atası Caviddən qızından uzaq durmasını tələb edib və aralarında mübahisə yaranıb. Bu zaman Elxan Cavidin və ailəsinin ünvanına söyüşlər söyüb. Oğlan bundan qəzəblənib, qızın atasının dəfələrlə narazılığını göz önünə gətirərək onu öldürmək qərarına gəlib.

Cinayətini həyata keçirmək üçün Elxanı görüşə çağırıb və özü də cibində bıçaqla həmin əraziyə gedib. Elxanın olduğu maşına yaxınlaşaraq bıçaqla ona 3 dəfə xəsarət yetirib.

Cavid Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci (qəsdən həyatdan məhrum etmə) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən Cavid ittiham üzrə özünü qismən təqsirli bilib:

“Aygünün qardaşı mənə zəng edib “mən əsgərlikdə olanda kimin arxasınca gedib-gəlmisən?” dedi. Ona səbirli olmasını, görüşüb hər şeyi izah edəcəyimi bildirdim. Goranboya getmək üçün yola düşdüm. Bu zaman Elxan mənə zəng edərək “sənin atana hörmət qoyurdum, amma bil ki, adamın anasını gətizdirərəm ayağıma” cümləsini işlətdi. Bu söz mənə çox pis təsir etdiyi üçün söyüş söydüm. O da mənim anama qarşı söyüşlər işlətdi. Daha sonra Elxana “yanına gəlirəm, dediklərini eləyərsən” söylədim.

Onların olduğu əraziyə çatdıqda Aygünün atası ilə görüşdüm. Mənə xəsarət yetirməsindən qorxduğum üçün üzərimdə bıçaq götürmüşdüm. Danışıq zamanı “oğluma qardaş deyirsən, həm də onun bacısını istəyirsən” bildirdi. Dedim ki, oğluna heç vaxtı qardaş deməmişəm, həmişə onunla iş yoldaşı münasibətimiz olub. Aygünlə bağlı isə heç bir pis niyyətim olmayıb.

Bu sözlərimdən sonra “mənim namusuma sataşanın ...” deyərək nalayiq sözlər işlətməyə başladı. Əsəbiləşib cibimdəki bıçaqla onu vurdum. Ən çox əsəbiləşdiyim söz isə başqa idi. Mənə dedi ki, cinsiyyət orqanını kəsib ağzına qoyacam. Bu sözdən sonra əsəblərimi cilovlaya bilmədim”.

İstintaqda məlum olub ki, hadisə zamanı xəsarət alan Elxan həmin avtomobillə xəstəxanaya gedən zaman yolda huşunu itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Daha sonra isə yaralı təcili tibbi yardım maşını ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Məhkəmənin qərarı ilə Cavid 7 il 10 ay 15 gün müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Oxşar xəbərlər