top
Samuxda qayınana kürəkənini döydü
19 fevral 2025, 17:29
- ↺ +

Samuxda qayınana kürəkənini döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Samux rayonunda 1964-cü il təvəllüdlü Südabə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızının əri Səmədə (adlar şərtidir - red.) xəsarət yetirib.

Demokrat.аz xəbər verir ki, hadisə Samux rayonunun kəndində baş verib.

Südabə yaşadığı evin mətbəxində aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı qəndqabı ilə qəsdən Səmədin alın nahiyəsinə vurub, ona xəsarətlər yetirib.

Hadisəni törədən Südabə barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Südabə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində qeyd edib ki, zərərçəkmiş Səməd onun kürəkəni, yəni qızı Məlahətin əridir:

"Hadisə günü yaşadığım evin mətbəxində olan zaman Səməd evə gəldi. Səməd onun haqqında nalayiq ifadələr işlətməməsini deyərək, digər qızım Vüsalə ilə mübahisə yaratdı. Mübahisə zamanı Səməd qızımın baş nahiyəsinə əli ilə vuraraq, onu döydü. Mən həmin vaxt nə edəcəyimi bilmədim. Stolun üstündə olan qəndqabını əlimə alaraq Səmədin baş nahiyəsindən vurdum. Həmin vaxt qəndqabı hissələrə bölünərək qırıldı. Qəndqabının qırıqları onun sağ əlinə xəsarət yetirdi. Sonra isə qızım Məlahət ilə həyətə çıxdıq. Səməd evdən çıxıb getdi".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmədin sözlərinə görə, məlum hadisə günü mobil telefonla danışan zaman baldızı Vüsalə onun ünvanına nalayiq ifadələr işlədib, onu söyüb, təhqir edib:

"Mən yaşadığım evdən çıxaraq Samux rayonunun kəndinə gəldim. Kolayır kəndində baldızımdan haqqımda nalayiq ifadələr işlətməsinin səbəbini soruşdum. Həmin vaxt aramızda mübahisə oldu.

Mübahisə zamanı Vüsalə nalayiq ifadə işlətdiyinə görə, onun baş nahiyəsindən əlimlə vurdum. Mən Vüsaləni vuran kimi qayınanam Südabə baş nahiyəmə qəndqabını vurdu. Baş nahiyəmdən qan gəldiyini görən zaman Vüsalə və Südabə tez küçəyə qaçdılar. Mən Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, məlumat verdim”.

Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Südabə 360 saat ictimai işlər cəzasına məhkum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Bu gün, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
Dünən, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
Dünən, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
Dünən, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
Dünən, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
Dünən, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Dünən, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Dünən, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Dünən, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
13 oktyabr 2026, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
13 oktyabr 2026, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
13 oktyabr 2026, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
13 oktyabr 2026, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
13 oktyabr 2026, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
13 oktyabr 2026, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
12 oktyabr 2026, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
12 oktyabr 2026, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
12 oktyabr 2026, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Oxşar xəbərlər