Köməksiz vəziyyətdə qalan sakinə yardım olunub. Bu haqda 19 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
FHN-in “112” qaynar telefon xəttinə bir nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə FHN-in xilasediciləri cəlb olunublar. Onlar vətəndaşa müvafiq köməklik göstəriblər.