Gəncə şəhərində istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim olunub. Bu haqda 2 may tarixində Report-a istinadən xəbər veririk.
İstismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir. Təqdimat Prezidentin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq aparılır.
Sözügedən Fərmanın icrası çərçivəsində şəhərimizdə bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim edilib.