Sentyabrın 30-da gözlənilən hava proqnozu açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 30-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 12-16° isti olacaq.