top
Saat 16:00 oldu, uşağı aparın – Gəncədə bəzi bağçalarla bağlı İDDİA
27 avqust 2026, 10:03
- ↺ +

"Saat 16:00 oldu, uşağı aparın" – Gəncədə bəzi bağçalarla bağlı İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhər ərazisində fəaliyyət göstərən bəzi məktəbəqədər təhsil müəssisələrində müəyyən olunmuş iş saatlarına əməl olunmamasının valideynlərin narazılığına səbəb olduğu iddia edilir.

Gencexeber.az-a daxil olan şikayətlərə görə, bəzi bağçalarda valideynlərdən uşaqlarını rəsmi iş vaxtı başa çatmamış götürmələri tələb edildiyi deyilir. Bildirilir ki, müəssisələrin müəyyən olunmuş iş qrafiki olsa da, bəzi hallarda valideynlərə saat 16:00-dan etibarən zəng olunaraq uşaqlarını bağçadan götürmələri istənilir.

Bu vəziyyət xüsusilə iş vaxtı saat 18:00-a qədər davam edən valideynlər üçün çətinlik yaradır. Şikayətçilərin sözlərinə görə, digər uşaqların bağçanı daha tez tərk etməsi nəticəsində müəssisədə qalan uşaqlar da özlərini narahat hiss edirlər.

Valideynlər iddia edirlər ki, günün sonunda bağçada az sayda uşağın qalması onlarda psixoloji narahatlıq yaradır. Uşaqlar digər həmyaşıdlarının evə getdiyini gördükdə, valideynlərinin gəlməyəcəklərini düşünərək təşviş keçirirlər.

Bundan əlavə, hər ailənin şəraitinin eyni olmadığı vurğulanır. Tək valideynlə yaşayan, iş yerindən tez ayrıla bilməyən və ya uşağını bağçadan götürmək üçün başqa imkanı olmayan şəxslər üçün bu cür hallar əlavə çətinlik yaradır.

Vətəndaşların əsas tələbi odur ki, ciddi zərurət olmadığı halda uşaqlar bağçaların müəyyən edilmiş rəsmi iş saatı başa çatanadək müəssisədə qala bilsinlər. Onlar valideynlərə uşaqlarını vaxtından əvvəl götürmələri üçün təzyiq göstərilməməsini istəyirlər.

Məsələ ilə bağlı redaksiyamız tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Oxşar xəbərlər