Gəncədə yoldaşını telefonuna baxdığı üçün döyən şəxsə hökm oxunub. Bu haqda 23 iyun tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
30 yaşlı T. Qurbanov gecə saatlarında sərxoş vəziyyətdə evə gələrkən həyat yoldaşı Gülnar (şərti) ilə aralarında mübahisə yaranıb. Qadın ərinin telefonunda sosial şəbəkəyə daxil olub, qardaşının şəkillərini götürəcəyini deyib. Kişi isə buna görə onunla mübahisə edib. Bu vaxt o, əl zərbələri ilə Gülnarın baş və əl nahiyələrinə vuraraq döyüb.
Qurbanov məhkəmə qərarı ilə qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi üzrə 2 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisədən sonra onlar barışıblar. Gülnar yoldaşından şikayətçi olmayıb. Məhkəmə həmin şəxsin öz əməlini etiraf etməsini, peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib.