Gəncədə bir müddət öncə işıqlandırılan problem həllini tapıb. Bu haqda Gencexeber.az-a 25 avqust tarixində məlumat daxil olub.
Ötən həftə Heydər Əliyev parkında yerləşən süni gölün baxımsız olması barədə məlumat vermişdik. Məsələ ilə bağlı İcra Hakimiyyəti müvafiq tədbirlər görüb. Bildirilib ki, burada süni gölün təmizlənməsi üzrə işlər aparılıb.
Xatırladaq ki, redaksiyamıza müraciət edən sakinlər gölün ətrafında pis qoxu və həşəratların olmasından narahat idilər. Onlar göldə təmizliyə riayət olunmasını arzu edirdilər.