Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 4 iyul tarixində FHN-ə istinadən xəbər veririk.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə maşının alışması barədə məlumat daxil olub. "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub.
Alov söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.