Gəncədə uşaqlar üçün proqram baş tutacaq. Bu haqda 19 avqust tarixində Gəncland-a istinadən xəbər veririk.
Balaca tamaşaçılar üçün “Robot Şou” nümayiş olunacaq. Şənlik 20 avqust tarixində saat 20:00-da “Gəncland” Ailəvi İstirahət və Əyləncə Kompleksində keçiriləcək.
Tədbirdə iştirak ödənişsizdir, hər kəs qatıla bilər.
Qeyd edək ki, kompleks Yeni Gəncə qəsəbəsi ərazisində yerləşir.