Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 16 iyun tarixində FHN-ə istinadən məlumat veririk.
Hadisə çörək sexində qeydə alınıb. Ümumi sahəsi 170 kvadratmetr olan birmərtəbəli tikilinin mansardında 1 ədəd soyuducu və dam örtüyü 3 kvadratmetr sahədə yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb və alovun tikilinin digər hissələrinə keçməsinin qarşısı alınıb.