Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 15 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Hadisə 14 dekabr saat 8:30 radələrində qeydə alınıb. 44 yaşlı Zaur Süleymanov 42 yaşlı arvadı Aytən Süleymanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. Hadisə mübahisə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır. Zaur Süleymanovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.