Daşkəsəndə "Qazel" ilə minik maşını toqquşub.
Gencexeber.az məlumat verir ki, Gəncə-Daşkəsən avtomobil yolunun Bayan kəndindən keçən hissəsində minik maşını ilə "Qazel" markalı yük avtomobili toqquşub. Qəza zamanı 1984-cü il təvəllüdlü Vasif Ələsgərov və 2001-ci il təvəllüdlü Rufan Qasımov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Əraziyə polis əməkdaşları cəlb edilib.