Qazaxlı müğənni Şöhrət Məmmədov maraqlı paylaşımı ilə gündəm oldu.
Gencexeber.az məlumat verir ki, müğənni paylaşımını “Pilləkanlərdən ehtiyatlı düş, hər kəslə görüş, heç nə tapmasınlar” cümləsi ilə şərh edib.
Qeyd edək ki, Şöhrət Məmmədov ARB telekanalının canlı efirində gözlənilməz hadisələrin iştirakçısı olub. Sənətçi “Özəl” verilişinin çəkilişi zamanı pilləkənlərdə sürüşərək yıxılıb.
Şöhrət Elçin oğlu Məmmədov 1 iyul 1995-ci ildə Qazax rayonunun Fərəhli kəndində dünyaya göz açıb.