Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb. "VAZ 2106" markalı avtomobil sərnişindaşıma ilə məşğul olan "Mercedes" markalı mikroavtobsula toqquşub.
İlkin məlumata görə, hadisə zamanı "VAZ 2106" markalı avtomobildə olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.
[caption id="attachment_73620" align="alignnone" width="696"]
[/caption]
[caption id="attachment_73618" align="alignnone" width="696"]
[/caption]