Gəncədə təhsil ocağının rəhbəri təltif olunub. Bu haqda 1 may tarixində ADAU-ya istinadən məlumat veririk.
Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülüb.
Medalı elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.