Gəncədə müsabiqə keçiriləcək. Bu haqda 18 avqust tarixində Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
"Peşəkar idarəçi" müsabiqəsinin Esse mərhələsi təşkil olunacaq. Tədbir 22 avqust saat 10:00-da 28 nömrəli tam orta məktəbdə baş tutacaq. Mərhələ ilə bağlı namizədlərə mesaj göndəriləcək.
Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarə olunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.