Gəncədə gənc idmançılarla görüş keçirilib. Bu haqda 9 sentyabr tarixində Azərtac-a istinadən xəbər veririk.
Veteran voleybolçular Alla Həsənova, Oksana Məmmədyarova, və Yelena Parxomenko Gənclər Evinin qonağı olublar. Onlar yeniyetmə və gənclərdən ibarət milli komandamızın idmançıları ilə görüşüblər. Tədbirdə peşəkarlar gənclərə məsləhətlər veriblər.
Sonda xatirə şəkilləri çəkdirilib. Gənc idmançılara imzalanmış formalar və voleybol topları hədiyyə olunub.
Qeyd edək ki, görüşdə komandanın rəhbəri Şahin Çatma və qadınlardan ibarət millimizin üzvü Polina Rəhimova olub.