Gəncədə ustad dərsləri olacaq. Bu haqda 11 sentyabr tarixində Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər veririk.
Master-klas 18 sentyabr saat 10:00-da Cüdo təlim mərkəzində baş tutacaq. Ustad dərslərini təcrübəli cüdo mütəxəssisləri Rüstəm Orucov və Orxan Səfərov aparacaqlar.
Tədbirdə cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq. Həmçinin təcrübəli mütəxəssislər və digər cüdo həvəskarları ilə ünsiyyət qurmaq imkanı yaradılacaq.
Qeyd edək ki, ustad dərsləri ödənişsizdir.