Goranboy rayonunun Nizami kəndində təhlükəsizlik tədbirləri gücləndirilib.
Gencexeber.az-ın məlumatına görə, hazırda kəndin girişində post qurulub. Dövlət Yol Polisi, Goranboy Rayon Polis Şöbəsi, eləcə də Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri ərazidə xidmət aparırlar.
Yaşayış məntəqəsində təhlükəsizliyin təmin olunması məqsədilə tədbirlər həyata keçirilir.
Qeyd edək ki, ötən gecə Gəncə şəhərindən 12 kilometr aralıda, Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yan*ğın*la müşayiət olunan part!ayış*lar baş verib. Hadisədən dərhal sonra Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri, Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri tədbirlər görüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqda yaşayan vətəndaşlar təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.