Gəncədə seminar təşkil olunacaq. Bu haqda 5 sentyabr tarixində Gəncə Maarif Evinə istinadən məlumat veririk.
“Bərabərlik hüququ və ayrı-seçkiliklə mübarizə” mövzusunda təlim Gəncə Maarif Evində baş tutacaq. Burada Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edəcək. Tədbir 6 sentyabr saat 11:30-da keçiriləcək.
Seminarda iştirak ödənişsizdir. Qatılmaq istəyən hər kəs tədbirə gələ bilər.