top
“Ölüm haqqında şəhadətnamə”nin verilməsi qaydası dəyişir? - RƏSMİ AÇIQLAMA
24 dekabr 2024, 18:00
- ↺ +

“Ölüm haqqında şəhadətnamə”nin verilməsi qaydası dəyişir? - RƏSMİ AÇIQLAMA

 

Son günlər saytımızın poçt ünvanına Gəncə sakinləri tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı şikayətlər daxil olub.

Sakinlər iddia edir ki, ölüm haqqında tibb şəhadətnaməsinin alınması barədə qayda dəyişilib. Belə ki, poliklinikada qeydiyyatda olmayan şəxsə tibbi şəhadətnamə verilməsindən imtina ediləcək. 65 yaşı keçən bütün vətəndaşlar poliklinikalara müraciət etməli və sahə həkimləri həmin şəxsi sağ vaxtı görməlidir.

Eyni zamanda, qeyd olunub ki, təcili tibbi yardım artıq zorakılıq əlamətinin olub-olmaması ilə bağlı məlumat qeyd edəcək. Vətəndaşın hansı səbəbdən ölməsinin müəyyən edilməsi xəstəxanaların öhdəliyinə qalır.

Gencexeber.az məsələ ilə bağlı Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq dövlət tibb müəssisələri tərəfindən verilir:

“Ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” (Qayda) ilə tənzimlənir.

“Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.

Ölüm səbəbi məlum olan hallarda:

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında Qaydanın 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.

Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Ölüm səbəbi məlum olmayan hallarda:

Ölümün baş vermə səbəbi məlum olmayan hallarda ölüm haqqında tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir.

Ölüm haqqında tibbi şəhadətnamənin patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilməsi üçün əsaslar aşağıdakılardır:

hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;

infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;

tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;

zorakı ölümə şübhə olduğu hallarda;

ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda;

ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda”.

Sorğuya cavabda qeyd olunur ki, bu hallarda Şəhadətnamənin verilməsi üçün patoloji-anatomik yarmanın aparılması məcburi hesab edilir:

“Lakin vəfat edən şəxsin ailə üzvlərinin və ya yaxınlarının patoloji-anatomik yarmanın aparılmasına etiraz etmələri, habelə patoloji-anatomik yarma aparılmadan vəfat edən şəxsin dəfn edilməsi ölümün baş vermə səbəblərinin müəyyən edilməsini çətinləşdirir və əksər hallarda Şəhadətnamənin verilməsini qeyri-mümkün edir.

Zorakı ölümə şübhə olduğu hallar, ölüm hadisəsinin qeyri-yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş verməsi, vəfat edən şəxsin yaşadığı ərazi üzrə ilkin tibbi-sanitariya yardımı ilə bağlı tibb müəssisəsinə təhkimolunması üçün müraciət etməməsi, habelə qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisələrində uzun müddət ərzində dövri müayinələrdən keçməməsi, ölümün naməlum səbəblərdən baş verməsi və sair hallar vəfat edən şəxsin ailə üzvləri və ya yaxınları tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin əldə edilməsinə çətinliklər yarada bilər.

Əhalinin sağlamlığının qorunması haqqında qanunun 41-ci maddəsinə əsasən patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallarda, zorakı ölüm barəsində şübhə olduqda patoloji-anatomik yarma aparılmalı və bundan sonra ölüm haqqında tibbi şəhadətnamə verilməlidir.

Yaşayış yerində baş vermiş ölüm hadisələri üzrə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı görüləcək tədbirlər yaşayış yerinin kənd, qəsəbə və şəhər olmasından asılı olaraq dəyişir.

Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni ölüm haqqında şəhadətnaməni vermək hüququ olan tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (hüquq-mühafizə orqanı) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir”.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
Bu gün, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
Dünən, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
Dünən, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
Dünən, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
Dünən, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
02 oktyabr 2026, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
02 oktyabr 2026, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
02 oktyabr 2026, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
02 oktyabr 2026, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Oxşar xəbərlər