Gəncədə şəhər birinciliyi keçirilib. Bu haqda 1 iyul tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
27 sentyabr anım gününə həsr olunan birincilik badminton üzrə təşkil olunub. Yarış Olimpiya İdman Kompleksində baş tutub.
Mübarizələrdə yerli idman məktəbinin yetirmələri bacarıqlarını ortaya qoyublar. Burada 20-yə yaxın badmintonçu iştirak edib.