Gəncə sakini narkotikə görə saxlanılıb. Bu haqda Gencexeber.az-a 20 iyun tarixində məlumat daxil olub.
Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər sakini Xəyyam Qasımov saxlanılıb. O, sosial şəbəkələr üzərindən İran vətəndaşından şəhər ərazisində gizlədilən narkotik vasitəni pul qarşılığında Qazax rayonuna aparmağa razılaşıb.
Qasımov Gəncədə saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 15 kiloqram 530 qram heroin aşkarlanarq götürülüb. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.