Gəncədə orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu haqda 19 iyun tarixində DİM-ə istinadən məlumat veririk.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrin Musiqi sənəti istiqaməti üzrə onlayn imtahanlar təşkil olunacaq. Gəncədə bu proses 21-22 iyun tarixlərində aparılacaq.
İmtahanlar Bakıdan idarə olunacaq və prosesə nəzarət ediləcək. Komissiya üzvlərinin kimliyi abituriyentlərə açıqlanmayacaq və onların görüntüləri bağlı saxlanılacaq. Həmin şəxslər respublikanın ali, orta və ümumi orta təhsil müəssisələrinin müəllim heyəti arasından seçiləcək.