Gəncədə ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb. Bu haqda 24 iyun tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müfəttişləri yoxlamalar keçiriblər. Nəticədə Vəli Xuluflu küçəsi, ev 75A ünvanlı "İmperial Garden" əyləncə mərkəzində yerləşən restoranda baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktı üzə çıxıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.