Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən növbəti genişmiqyaslı təmizlik işləri həyata keçirilib.
Gencexeber.az MKTİB-ə istinadən bildirir ki, şəhərin Məhsəti qəsəbəsində, Gəc zavodunun ətrafında, Gömrük idarəsinin yaxınlığında, Abbas Səhhət və Qurtuluş küçəsində və digər müxtəlif ərazilərdə geniş təmizlik işləri aparılıb.
MKTİB-nin canlı qüvvəsi və müxtəlif təyinatlı texnikalarının cəlb olunduğu aksiyada adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından, eləcə də daş, qum, toz-torpaqdan təmizlənib. Bununla paralel olaraq məişət tullantılarının atılması üçün nəzərdə tutulan iri tutumlu konteynerlər boşaldılıb, ətrafları təmizlənərək səliqəli şəkilə salınıb.
