Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) Ərazi Xidmət Sahələri tərəfindən şəhər ərazisində kompleks təmizlik işləri davam etdirilir.
Gencexeber.az bildirir ki, bu dəfəki iməcilik aksiyası Gəncə Beynəlxalq Avtovağzalının ətraf ərazilərində və Məmmədtağı Cəfərov küçəsində həyata keçirilib.
Adıçəkilən ərazilər qurumun xüsusi texnikaları və canlı qüvvəsi tərəfindən məişət tullantılarından, qurumuş alaq otlarından, eləcə də toz-torpaqdan təmizlənib. Toplanan zibil kütləsinin ərazidən daşınması təmin edilib. Ərazidəki zibil konteynerlərinin ətrafında səliqə-sahman yaradılıb.
[caption id="attachment_78898" align="alignnone" width="696"]
[/caption]
[caption id="attachment_78896" align="alignnone" width="696"]
[/caption]
[caption id="attachment_78895" align="alignnone" width="696"]
[/caption]