Gəncədə muzeylərdən birində yanğın olub. Bu haqda 23 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Hadisə Miniatür kitab muzeyinin Gəncə filialında baş verib. Ümumi sahəsi 230 kvadratmetr olan birmərtəbəli binanın dam örtüyünün taxta atmaları 30 kvadratmetr sahədə yanıb.
Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.