Gəncə Voleybol klubuna millinin üzvü gəlib. Bu haqda bu gün, 11 avqust tarixində Gencexeber.az kluba istinadən xəbər verir.
24 yaşlı Nərmin Fərəcova karyerasını Gəncə klubunda davam etdirəcək. Gənc voleybolçu daha öncə “Azərreyl” və “Abşeron” kimi komandalarda çıxış edib. O, yeniyetmə yaşlarından Milli komandanın üzvü olub.
Gəncə Voleybol klubu bu il yüksək liqada debüt edəcək.