Gəncədə yubiley münasibətilə tamaşa nümayiş olunub. Bu haqda 30 sentyabr tarixində Dram Teatrına istinadən xəbər veririk.
Gəncə Dövlət Dram Teatrının səhnəsində Viktor Hüqonun "Edama məhkumun son günü" tamaşası göstərilib. Əsər Naxçıvan Dövlət Milli Dram Teatrının heyəti tərəfindən ifa olunub.
Tədbir Azərbaycan Milli Teatrının 150 illiyi və ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə baş tutub.