Gəncədə “İnsan hüquqları - insan ləyaqəti və bərabərliyidir” başlıqlı oxucu konfransı keçirilib. Bu haqda Gencexeber.az 14 iyun tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat verir.
Konfransda 18 İyun - Milli İnsan Hüquqları Gününün yaranması haqqında məlumat verilib. Tədbirdə hüquqşünaslar 1998-ci ildə ölkəmizdə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsindən, Qadın problemləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komtəsinin, Ombudsman təsisatının yaradılması və uşaq hüquqları haqqında ətraflı danışıblar.
Sonda hüquqşünaslar tədbir iştirakçılarını maraqlandıran sualları cabablandırıblar.