Azərbaycanda meymunçiçəyi virusuna yoluxan ilk şəxsin tibb müəssisəsində müalicəsi yekunlaşıb.
Bu barədə Gencexeber.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.